Formula 1 üzrə 7 qat dünya çempionu Lüis Hemilton isə hələ də “Mersedes”lə müqavilə müddətini yeniləməyə tələsmir.

Böyük britaniyalı yarış iştirakçısı buna görə təşviş keçirməyə ehtiyac olmadığını söyləyir: SİTAT “Mövsümün sonuna qədər yeni sözləşmə ilə bağlı tam olaraq razılığa gələ bilərk. Mən bu komandaya inanıram. İşimiz çətin olsa da, istədiyimiz nəticəni qazanacağımıza inanırıq. Amma bunun üçün bizə vaxt lazımdır. Növbəti yarışlarda bolidə yeni detallar əlavə ediləcək. Artıq bu məsələləri müzakirə etmək üçün rəhbərliklə də görüşmüşəm. Növbəti mövsümdə yarış avtomobilinin hansı səviyyəyə qaldıırılacağı ilə bağlı planlar var”. SİTAT Xatırladaq ki, hazırda Hemilton şəxsi birincilikdə 121 xalla 4-cü pillədədir. Onun “Mersedes”lə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.